Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Şəki şəhərində şəhid Səbuhi Yaşar oğlu İsgəndərlinin ailəsini ziyarət edib.
Səbuhi İsgəndərli Zəngilan uğrunda döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə “Zəngilanın azad olunmasına görə”, “Vətən uğrunda” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Görüş zamanı S.İsgəndərlinin vətənpərvərliyindən və keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Hər bir şəhidimizin əziz xatirəsinin qəlbimizdə əbədi yaşayacağı vurğulanıb.
V.Behbudov şəhid ailəsinin sosial vəziyyəti ilə maraqlanıb və dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunan ailənin bundan sonra da daim diqqətdə saxlanacağını qeyd edib.