Valideyn himayəsindən məhrum
şəxslərə növbəti dövlət qayğısı
Prezident İlham Əliyev tərəfindən imzalanan yeni qanunvericilik aktları - “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun, habelə həmin Qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında Fərman qeyd olunan kateqoriyaya aid uşaqlara, habelə onların arasından olan şəxslərə dövlət qayğısının növbəti təzahürüdür.
Yeni qanunvericilik aktları ilə həmin şəxslər ilk dəfə işə düzəldikləri zaman onlara verilən birdəfəlik sosial ödəniş 5231 manatdan (o cümlədən 265 manat kompensasiya və hazırda orta aylıq əməkhaqqının beş mislindən az olmamaqla 4966 manat) 15 faiz artırılmaqla birdəfəlik müavinət olaraq 6000 manata çatdırılıb.
Məlumat üçün bildirək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qanunvericiliklə təhsil, tibbi xidmət, əmlak və yaşayış sahəsi, əmək hüququ üzrə bir sıra digər təminatları da vardır.