Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində hazırda 800-ə yaxın uşağa xidmət göstərilir.
Onlardan 467 nəfəri uşaq evləri və ailə tipli kiçik qrup evlərində, qalanları Agentliyin digər müəssisələrində daimi dövlət himayəsində yaşayırlar. Sosial xidmət müəssisələrindəki uşaqlardan 280 nəfəri əlilliyi olan uşaqlardır.
Uşaqlar müəssisələrə qəbul olunduqdan sonra sosial işçi tərəfindən ilkin qiymətləndirmə aparılır, fərdi qayğı planı hazırlanır və sosial reabilitasiya prosesinə cəlb edilirlər.
Fərdi iş planı üzrə və digər aidiyyəti qurumlarla qarşılıqlı əməkdaşlıq şəraitində onların sosial reabilitasiyası, sosial statuslarının bərpası istiqamətində işlər aparılır.
Həmçinin müəssisə sakinlərinin ilkin tibbi müayinəsi, psixoloji-emosional vəziyyətinin qiymətləndirilməsi, hüquqlarının müdafiəsi, onların mədəni-asudə vaxtının təşkili və s. üçün tədbirlər görülür.