Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə “Gülüstan” sarayında İnsan Resursları Zirvəsi bu gün də davam edib.
Tədbirin ikinci günündə rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin rəhbəri Fariz Cəfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Türkiyə Prezidenti yanında İnsan Resursları Ofisinin rəhbəri Salim Atay, BP-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli millət vəkilləri, xarici ekspertlər, insan resursları üzrə mütəxəssislər və b. iştirak edib.
İnsan resursları sahəsi üzrə mütəxəssislərin bir araya gəldiyi və “Gələcəyə qayıdış” devizi ilə keçirilən tədbirin məqsədi insan kapitalına əsaslanan gələcəyə hazırlıqlı cəmiyyətin formalaşmasına zəmin yaratmaq, bu istiqamətdə peşəkarlarla müzakirələr aparmaqdır.
Zirvənin sonuncu günündə “Yeni səhifəyə keç: Rəqəmsal transformasiya və insan resursları”, “Məşğul insan: Strateji insan resursları idarəetməsi” mövzularında müxtəlif qurumların rəhbərlərinin iştirakı ilə panel müzakirələr keçirilib.
Tədbir çərçivəsində “Performans əsaslı əmək haqqı sistemlərinin qurulması yolları”, “Dövlətin hazırki insan resursları siyasətinin perspektivləri” mövzularında vörkşoplar da təşkil olunub, iştirakçıların sualları cavablandırılıb.
Tədbir bu gün başa çatıb.
Sosial şəbəkələrdə də bizi izləyin: