Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi bölgələrdə əhalinin sosial sahə üzrə elektron xidmətlərə dair savadlılığının artırılması üçün növbəti təlimləri Balakən və Zaqatalada keçirəcək.
Təlimlər iyunun 25-i saat 11:00-da Balakən rayonundakı Gənclər Evində və həmin gün saat 15:00-da Zaqatala rayonundakı Heydər Əliyev Mərkəzində təşkil olunacaq.
Hər iki təlimdə yerli sakinlərə sosial sahə üzrə e-xidmətlərə və onlardan istifadəyə dair praktik məlumatlar veriləcək.
Təlimlərin davamı olaraq DSMF-nin Balakən və Zaqatala rayonlarındakı Qəbul şöbələrində yardım masaları təşkil olunacaq və e-xidmətlərlə bağlı sualı olan vətəndaşlara rəqəmsal dəstək göstəriləcək.
Bu tədbirlər Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planının müvafiq bəndinə əsasən təşkil olunur.
Məqsəd regionlarda əhalinin rəqəmsallaşma istiqamətində bilik və bacarıqlarının artırılmasıdır.
Aprel ayından başlayaraq artıq Bərdə, Füzuli, Göygöl, Daşkəsən, Goranboy rayonlarında belə təlimlər keçirilib. Təlimlərin digər bölgələrdə də təşkili nəzərdə tutulub.
Sosial şəbəkələrdə də bizi izləyin: