Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə bu il 39 nəfər qəbul olunub.
Həmin şəxslər yaş qruplarına uyğun müəssisənin müvafiq şöbələrinə qəbul ediliblər.
Ötən il qəbul olunan şəxslər də daxil olmaqla bu il müəssisədə ümumilikdə 150-yə yaxın şəxsə sosial xidmətlər göstərilib.
Onlardan böyük hissəsi reabilitasiya kursunu artıq başa vurub. Hazırda burada 25-i qadın, 42-si kişi olmaqla 67 sakinə stasionar formada reabilitasiya yönümlü sosial xidmətlər göstərilir. Onlardan 13 nəfəri uşaqlardır.
Sosial şəbəkələrdə də bizi izləyin: