Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə növbəti ictimai dinləmə Lənkəran rayonunda keçirilib.
“Əmək müqavilələrinə əsassız xitam verilməsi hallarına qarşı həyata keçirilən tədbirlər” mövzusunda keçirilən tədbirdə Lənkəran, Astara, Cəlilabad, Lerik, Masallı və Yardımlı rayonlarından olan işəgötürənlər, həmçinin hökumət və qeyri-hökumət nümayəndələri iştirak edib.
Tədbir “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil olunub və tədbir iştirakçılarına mövzu barədə ətraflı məlumat verilib, sualllar cavablandırılıb.
Sosial şəbəkələrdə də bizi izləyin: