Prezident İlham Əliyevin tapşırıqları ilə 2018-ci ildən başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində mühüm irəliləyişlərə imkan verib. Sosial ödənişlərin artırılması, sosial müdafiə və aktiv məşğulluq proqramlarının genişləndirilməsi, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən, müasir və şəffaf şəkildə, rəqəmsal platformada təqdim olunması sahələrində uğurlu nəticələr əldə olunub.