Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalından bu il 5,4 milyon dəfə istifadə olunub.
Ölkənin sosial reyestri olan bu portal 2019-cu ildə istifadəyə verilib. Vətəndaşlar onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) e-sosial.az internet portal vasitəsilə çıxış imkanına malikdir.
Portal həmçinin yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət, eləcə də pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək imkanı da verir.
E-sosial.az portalından qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı da artmaqda davam edərək 1,6 milyonu ötüb.