Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir.
Növbəti görüş şəhid Rəşad Qasımovun Cəlilabad rayonu Alar kəndində yaşayan ailəsi ilə olub. Söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.
Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.
Şəhid ailələri onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib.