Sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən ziyarət olunur.
Bu dəfə Şəhid baş gizir Elnur Rüstəmovun Xaçmaz rayonu Əbilyataq kəndində yaşayan ailəsi ilə görüşülüb.
E.Rüstəmov Vətən müharibəsi iştirakçısı olub. O, torpaqlarmızın azad olunmasında göstərdiyi şücaətə görə "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Ailənin yaşayışının hər zaman diqqətdə saxlanılacağı, şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqları qeyd edilib.