Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsinin şəhidləri – kapitan Veysəl Müsibovun, leytenant Vüsal Muradovun, baş çavuş Turab Quluyevin, Elşən Müslümovun ailələrini, həmçinin Vətən müharibəsi əlili Anar Babayevi və ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə kapitan V.Müsibov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, həmçinin o və adını qeyd etdiyimiz digər şəhidlərimiz, qazimiz bir sıra medalarla təltif olunublar.
Görüşlər zamanı qəhrəman Vətən övladlarının torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs olunub. Həmin döyüşlərdə şəhid olan qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi sahəsində aparılan işlər qeyd edilib. Dövlət başçısının göstərişi ilə bu kateqoriyadan olan vətəndaşların mənzillə, sosial ödənişlərlə təminat, məşğulluq və s. istiqamətlərdə dəstək tədbirləri ilə əhatə olunduqları bildirilib.
V.Behbudov həmin ailələrin yaşayış şəraiti ilə yaxından tanış olub. Onların bundan sonrakı dövrdə də dövlətimizin qayğısı ilə əhatə olunacaqlarını bildirib.