Bakıda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu və Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən “MDB-də sosial islahatlar: trendlər, potensiallar, həll yolları” mövzusunda təşkil olunan beynəlxalq konfrans çərçivəsində Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədri Himalay Məmişov sosial təminat sahəsində effektiv fəaliyyət, davamlı inkişaf sahəsində innovasiyalar, qabaqcıl metodlar və həll yollarına görə, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov sosial təminat sahəsində dövlət xidmətlərinin göstərilməsində qabaqcıl innovasiyalar, rəqəmsal texnologiyalar və operativ metodların tətbiqinə, vətəndaş məmnuniyyəti səviyyəsinin yüksəldilməsinə görə, professor, iqtisad elmləri doktoru Arkadi Solovyov pensiya sığortası maliyyə təminatının nəzəri və praktiki inkişafına verdiyi töhfələrə görə, Qazaxıstanın “Vətəndaşlar üçün Hökumət” Dövlət Korporasiyası Qeyri-Kommersiya Aksioner Cəmiyyəti İdarə Heyətinin sədri Birjan Junusov biznes proseslərinin şəffaflığının yüksəldilməsi və dövlət xidmətlərinin göstərilməsində qabaqcıl texnologiyaların tətbiqinə görə, Moldovanın Milli Sosial Sığorta Kassası baş direktorunun müavini Svetlana Vekvert sosial sığorta sahəsində idarəçiliyin innovativ forma və metodlarına görə Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası tərəfindən fəxri fərmanlarla təltif olundular.