Böyük Qələbəmizin həyatımıza sonsuz fərəh və iftixar duyğuları bəxş etdiyi və koronavirus infeksiyasının ölkəmizdə çətinliklər yaratdığı bir vaxtda könüllü qan donorluğuna dəstək tədbiri kimi, ölkədə qan ehtiyatının daha da artırılmasına yönələn könüllü qanvermə aksiyası təşkil etdik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və struktur bölmələrinin 200-dən artıq əməkdaşı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankında (Mərkəzi Qan Bankı) qan verdilər.