30 ilə yaxındır davam edən Kəlbəcər həsrəti də bitdi - ölkəmizin bir parçası olan Kəlbəcər rayonu da erməni işğalından azad olundu.
Hər birimizin qəlbində Kəlbəcər sevinci hökm sürür, Kəlbəcər sakinlərinin bu sevinci, fərəhi isə sonsuzdur. Kəlbəcərdən olan özünüməşğulluq proqramı iştirakçıları nəinki onların, gələcək nəsillərin də bu şanlı zəfəri, dogma yurd yerlərimizin azad edildiyi bu günləri heç zaman unutmayacaqlarını, daim qürurla xatırlayacaqlarını vurğulayırlar.
Öz rayonlarına qayıtmağa hazırlaşan həmin vətəndaşlar artıq məcburi köçkün olmadıqlarını fərəhlə qeyd edirlər. Dövlətin daha bir qayğısı kimi özünüməşğulluq proqramının dəstəyi ilə qurduqları ailə bizneslərini də Kəlbəcərə aparacaqlarını bildirirlər.
Təbiətin minbir gözəllik bəxş etdiyi, torpağı barlı-bərəkətli Kəlbəcərdə öz ailə təsərrüfat və müəssisələrini uğurla inkişaf etdirəcəklərini əminliklə söyləyirlər.