Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi məşğulluq layihələri üzrə vahid onlayn qeydiyyat anket formasını təqdim etdi. Bu layihələrdən yararlanmaq istəyənlər müraciətlərini bu anket forması vasitəsilə edə bilərlər:
https://docs.google.com/forms/d/e/1FAIpQLSeDl538oxiQUw1WxvKDB-CRF61efuHjjyobKsip9eI_bWrbpw/viewform
Anket formasında cari layihələrin siyahısı, onlar haqqında məlumatla tanış olmaq, daha sonra zəruri məlumatları qeyd etməklə qeydiyyatdan keçmək olar. Sualların ardıcıllığı və məzmunu hər bir layihənin şərtlərinə uyğun müəyyən edilib. Bu sadələşmiş müraciət sistemi məşğulluq mərkəzlərinə getmədən, əlavə vaxt sərf etmədən qısa zamanda məşğulluq layihələrindən faydalanmağa imkan verəcək.
Hazırda məşğulluqla bağlı Dünya Bankı ilə birgə “Məşğulluğa dəstək layihəsi”, kommersiya banklarının “Özünüməşğulluğa dəstək layihəsi”, BMT illə birgə “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “Azərbaycanda İnnovasiya və Məşğulluğun İnkişafı”, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə birgə “Sosial bağlar”, "Odlar Yurdu" Gənclər İctimai Birliyi ilə birgə “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” və dünyanın aparıcı onlayn tədris sistemi “Coursera” layihəsi həyata keçirilir.
Müraciət sistemi barədə daha ətraflı: https://youtu.be/a6rxTAHVZv8