10 ayın sosial göstəriciləri
Cari ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz (649 mln. manat) çox olmaqla 5 mlrd. 404 mln. manat vəsait yönəldilib.
Həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.
Yanvar-oktyabr aylarında 31 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 133 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.