Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri ilə Özbəkistanın Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyi və Özbəkistan Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin nümayəndələri arasında videokonfrans formatında görüşlər keçirilib.
Görüşlərdə son illər Azərbaycanda həyata keçirilən sosial islahatlar, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində atılan addımlar diqqətə çatdırılıb. DOST konsepsiyasının üstünlükləri, dövlət sosial xidmətlərinin elektronlaşdırılması sahəsində əldə olunan nailiyyətlər qeyd olunub.
E-sosial.az portalı, “Əmək və Məşğulluq” altsistemi, DOST Çağrı Mərkəzi, aktiv məşğulluq proqramları, özünüməşğulluq proqramı, işsiz şəxslərin peşə hazırlığının təşkili sahəsində aparılan işlər barədə məlumat verilib.
Ölkəmizin sosial xidmətlər sistemi, həssas qruplarla bağlı icra olunan layihələr, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahələrində aparılan islahatlar, əlilliyi olan şəxslərin reabilitasiya xidmətləri və vasitələri ilə təminatı istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Eyni zamanda Özbəkistanda aparılan sosial islahatlar, əmək, məşğulluq, sosial müdafiə sahələrində görülən işlərə dair məlumatlar verilib. Qeyd olunan sahələrdə təcrübə mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.