Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirlik tabeliyindəki DOST Agentliyi və Dövlət Məşğulluq Agentliyinin əməkdaşları aprelin 27-də ADA Universitetində təşkil olunmuş 11-ci Karyera sərgisində iştirak ediblər.
Sərgi iştirakçılarına Nazirlik və tabeliyindəki Agentliklər, onların fəalliyyət istiqamətləri, dövlət qulluğuna qəbul qaydaları, “Könüllü DOST” proqramı haqqında ətraflı məlumatlar verilib. Onlara həmin mövzularda maarifləndirici çap məhsulları paylanılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.