Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış hüquqi aktların layihələrinə dair ictimai rəyin öyrənilməsi məqsədilə sorğunun keçirilməsinə başlanıb. Sorğu vasitəsilə vətəndaşlara Nazirlik tərəfindən hazırlanmış hüquqi akt layihələrinə dair rəy, irad və təkliflərini qeyd etmək imkanı yaradılıb. Vətəndaşlar qeyd edilən linkə (https://sosial.gov.az/aktiv-qanunvericilik-layiheleri) daxil olaraq sorğuda iştirak edə bilərlər. Qeyd edək ki, sorğu “İctimai iştirakçılıq haqqında” Qanununun tələblərinə uyğun keçirilir.
Göstərilən platformalarda paylaş: