Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi" çərçivəsində növbəti ictimai dinləmə 17 may 2023-cü il tarixində saat 13:00-da Oğuz rayonunda keçiriləcək.
Oğuz şəhərindəki Emin Abdullayev adına 2 saylı tam orta məktəbdə təşkil olunacaq tədbirdə iştirakçılara layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər barədə məlumat veriləcək.
Proqrama müraciət və proqramda iştirak qaydalarına dair ətraflı məlumat veriləcək, iştirakçıların sualları cavablandırılacaq.