Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 18 min müraciət olub və proqrama daha 1000-ə yaxın şəxs cəlb edilib.
Proqram "Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramlarını əhatə edir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.
DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin may ayında açılıb. Həmin vaxtdan “Könüllü DOST” proqramına 96149 müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 3802 nəfərdir.