Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Fərdi Reabilitasiya və Abilitasiya Proqramının (FRAP) tətbiqi üzrə altsistem istifadəyə verilib.
FRAP-da əlilliyi olan şəxslərin tibbi, peşə-əmək, psixoloji-pedaqoji reabilitasiyası və sosial bacarıqlarının inkişafı ilə əlaqədar kompleks tədbirlər əhatə olunur. Yeni altsistemdə də əlilliyi olan şəxslərlə bağlı məlumatlar, onların yaşayış yerləri, bacarıqları, onlarla bağlı nəzərdə tutulan reabilitasiya və abilitasiya tədbirləri, eləcə də reabilitasiya vasitələri və xidməti, sanator-kurort yollayışları, minik avtomobilinin verilməsinə dair tibbi göstərişlər əksini tapır.
Qeyd olunan tədbirlər e-formada Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə nazirlikdaxili icraçılara yönəldilir. Altsistem göstərilən sahədə çevik məlumat mübadiləsinə, aidiyyəti qurumların əlaqəli fəaliyyətinin, ümumən reabilitasiya tədbirlərinin daha səmərəli və təkmil təşkilinə imkan verir. Həmçinin qeyd olunan proqramın tərtibi və həyata keçirilməsinə daha çevik nəzarətə şərait yaradır.
Həmin tədbirlər və nəticələri barədə məlumatlar vətəndaşların e-sosial portalındakı elektron kabinetlərində əks olunacaqdır.