7 ayın sosial göstəriciləri
Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə elektron xidmətlərə 10 milyon 350 min müraciət qeydə alınıb.
Hazırda Nazirliyin 153 xidmətindən 140-dan və ya 90 faizdən çoxu e-qaydada təqdim edilir. Həmçinin digər qurumların informasiya bazaları ilə inteqrasiya prosesi təmin olunur.
Cari ilin 7 ayında Nazirliyin mərkəzləşmiş informasiya sistemlərinə həmin qurumlardan daxil olan sorğu sayı 146 milyon olub.
Son illərin mühüm rəqəmsal sosial nailiyyətlərindən olan e-sosial internet portalından isə yanvar-iyul aylarında 4 milyon 537,4 min dəfə istifadə olunub.