9 ayın sosial göstəriciləri
Yazılı və e-qaydada, “142” Çağrı mərkəzi və sosial şəbəkələr vasitəsilə
edilmiş 1,6 milyon vətəndaş müraciəti cavablandırılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 9 ayında 1,4 milyon vətəndaşın qəbulu həyata keçirilib.
Onlardan 94 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 1 milyon 343 min nəfəri Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib.
Həmçinin 2024-cü ilin yanvar-sentyabr aylarında 1,6 milyon (o cümlədən yazılı və e-qaydada 372 min, sosial şəbəkələr üzərindən 65,3 min, “142” Çağrı mərkəzi vasitəsilə 1,2 milyon) vətəndaş müraciəti cavablandırılıb.
Müraciətlərin qanunvericiliyə uyğun şəkildə araşdırılaraq cavablandırılması, sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilməsi təmin olunub.