Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Əmək münasibətlərində gender bərabərliyi - bərabər hüquqlar, bərabər imkanlar” mövzusunda regionlarda maarifləndirmə tədbirlərinə başlanılıb.
Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə məqsəd əmək münasibətlərində gender bərabərliyinin təmin edilməsi, bu məqsədlə, habelə qadınların əmək bazarında iştirak imkanlarının artırılması üçün əmək qanunvericiliyində edilmiş son dəyişikliklərlə bağlı məlumatlandırmanın aparılmasıdır.
İlk belə tədbirlər Xaçmaz və İsmayıllı rayonlarında keçirilib.
İşəgötürənlərin və sosial tərəfdaşların nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə qeyd edilən mövzularda məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb. Maarifləndirmə tədbirlərinin ölkəmizin bütün iqtisadi rayonlarında keçirilməsi nəzərdə tutulur.