Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri üçün “Data Jurnalistika” təlimi keçirib.
Milli Observatoriyanın Təlim Mərkəzində təşkil olunan təlimdə 13 media qurumundan araşdırmaçı jurnalistlər iştirak edib.Təlim “Jurnalistikada Data analitikasına baxış”, “Məlumatların yaradılması və əldə olunması”, “Statistika: doğru olan və olmayan məlumatların araşdırılması”, “Data vizuallaşıdırma”, “Jurnalistika üçün data analitikası”, “Datanın hekayəsi: Data storytelling” mövzularını əhatə edib.
Təlimin keçirilməsində məqsəd sosial sahədə məlumat təqdim edən media nümayəndələrinin data jurnalistika üzrə peşə biliklərinin artırılmasıdır.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Göstərilən platformalarda paylaş: