Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək bazarı üzrə işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyasının Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, işçi qrupunun üzvləri olan dövlət qurumları, qeyri-hökumət təşkilatları və biznes strukturlarının nümayəndələri iştirak edib.
Ölkəmizdə əmək bazarının inkişafı, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, aktiv məşğulluq proqramlarının genişləndirilməsi istiqamətində son illər aparılan islahatlar diqqətə çatdırılıb. İclasda 2023-cü il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin birinci yarımillik üzrə icrası ilə bağlı görülmüş işlərin təqdimatı olub.
Habelə Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru (“İşçi qüvvəsi”) üzrə cavablandırılmış sorğu vərəqəsinə və qiymətləndirmə nəticələri barədə, “Meqatrendlərin analizi və əmək bazarının makroqtisadi sektor təhlilləri” mövzusunda təqdimatlar edilib.
Təqdimat mövzularına dair müzakirələr aparılıb.