Nazirlər Kabineti “Təhsil müəssisələrində, xəstəxanalarda və sosial sahənin digər ictimai müəssisələrində vətəndaşların qida normalarının tətbiq edilməsi haqqında” Qərarında dəyişiklik edib.
Dəyişikliyə əsasən Fərdi Reabilitasiya Proqramı ilə müəyyən edilən və kənar şəxslərin daimi kömək və qayğısına ehtiyacı olan əlilliyi olan şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslərin (1 nəfərdən çox olmamaqla) də həmin müəssisələrdə dövlət büdcəsi hesabına qidalanması təmin ediləcək.
Onlar üçün qida normaları əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində böyüklər üçün müəyyən edilmiş normalara uyğun tətbiq olunacaq.
Bu dəyişiklik orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsləri reabilitasiya müəssisələrində müşayiət edən şəxslərə şamil edilir.