Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası öz rəsmi səhifəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2023-cü il ərzində əldə etdiyi beynəlxalq uğurlar barədə məqalə dərc edib.
Məqalədə DSMF-nin fəaliyyətinin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyi, təkcə bu il 7 nüfuzlu beynəlxalq mükafata layiq görüldüyü qeyd edilib.
Bu uğurların ölkəmizdə son illərdə sosial sahədə aparılan islahatların nəticəsi olduğu vurğulanıb.
Məqaləni oxumaq üçün linkə daxil olun: http://apsf.ru/AM2/2023/mezhdunarod_priznanie_GFSZ_AZ.shtml