Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ay 37 peşə üzrə 57 hazırlıq kursu təşkil edilib. Əmək bazarının aktual istiqamətləri üzrə təşkil olunan kurslara 644 şəxs cəlb olunub.
Onlardan 472 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay Peşə Hazırlığı Mərkəzlərində, 172 nəfəri üçün özəl tədris müəssisələrində peşə kursları təşkil edilib.
İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində təşkil olunan kurslarda rəqəmsal media və marketinq mütəxəssisi, insan resursları mütəxəssisi, proqramla idarə olunan dəzgahların operatoru, təchizat üzrə agent, backend developer, elektron tibbi cihazların təmiri və xidməti elektromexaniki, elektrik qaz qaynaqçısı və s. peşələr üzrə nəzəri biliklər tədris edilməklə yanaşı, müəssisələrdə təcrübə keçmək imkanı da yaradılıb.
Kursların sonunda məzunlara sertifikatlar təqdim ediləcək və onların işlə təmin olunmalarına dəstək göstəriləcək. Peşə hazırlığı müddətində müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində aylıq təqaüd də veriləcək.
Sosial şəbəkələrdə də bizi izləyin: