Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən daha 850-dək şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub.
Onlardan 600 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, qalanları üçün özəl tədris müəssisələrində peşə kursları təşkil olunub.
Kurslarda dərzi, İT üzrə texniki dəstək mütəxəssisi, nəzarətçi-xəzinədar, insan resursları mütəxəssisi, mühasib, xalçaçı, elektrik aparat və cihazlarının sazlayıcısı və s. peşələr öyrədilir.
Kurs müddətində müdavimlərə nəzəri və praktiki biliklər tədris olunur və kursları uğurla bitirən şəxslərin məşğulluğunun təminatına dəstək göstəriləcək.