8 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin 8 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 347,1 min manat sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.
Xidmətin gördüyü tədbirlər nəticəsində müvafiq işəgötürənlər həmin vəsaitin işçilərə ödənilməsini təmin edib. Ödənilən vəsaitin 78,2 faizi əmək haqları, qalan hissəsi sosial müavinət və kompensasiyalardan ibarət olub.
Yanvar-avqust aylarında 64 işçi ilə əmək müqavilələrinə qanunsuz xitam verildiyi də müəyyən olunub. Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.