Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən İsmayıllı rayonunda ictimai dinləmə keçirilib.
Mərkəzin direktor müavini Emil İsmayılov və İsmayıllı rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayevin iştirak etdiyi tədbirdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı barədə yerli sakinlərə məlumat verilib.
Proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və s. barədə də məlumatlandırma aparılıb, rəy və təklifləri dinlənilib, suallar cavablandırılıb.