Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi tərəfindən avqustun 9-da saat 11:00-da İsmayıllı rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ictimai dinləmə keçiriləcək.
Tədbirdə məşğulluq imkanlarının artırılmasında önəmli rola malik olan ödənişli ictimai işlər - “İşsizin dostu” proqramı, proqramın fəaliyyət sahələri, bu işlərə cəlb olunma, müraciət qaydaları, DOST İş Mərkəzinin layihələri və s. barədə məlumatlar veriləcək.
Həmçinin iştirakçıların rəy və təklifləri dinləniləcək, sualları cavablandırılacaq.