Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin yaradılmasının 5 illiyi münasibətilə Agentliyin əməkdaşları ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev DOST Agentliyinin qazandığı uğurları diqqətə çatdırıb. Vətəndaş məmnunluğuna uyğun DOST xidmətlərinin göstərilməsində töhfəsini verən əməkdaşlara təşəkkürünü ifadə edib, onların göstərilən etimadı gələcəkdə də uğurla doğruldacaqlarına əminliyini bildirib.
DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Agentliyin ötən dövrdəki fəaliyyəti barədə məlumat verib.
Daha sonra səmərəli fəaliyyəti ilə seçilən Agentlik əməkdaşlarına Nazirlik adından Təşəkkürnamələr təqdim edilib.