Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən “Baxıcı-dayə xidmətinin təşkili” layihəsi çərçivəsində praktik məşğələlərə başlanıb.
Ahıl və əlilliyi olan şəxslərə göstərilən səyyar xidmətin keyfiyyətinin artırılması məqsədi daşıyan layihəyə bu sahədə çalışan sosial xidmət işçiləri cəlb olunub.
40 saatı əhatə edən praktik məşğələlər Nazirliyin tabeliyindəki Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Mərdəkan Müalicə Pansionatında təşkil olunub.
Layihənin sonunda nəzəri və praktik baza biliklərə yiyələnmiş iştirakçılara sertifikatlar təqdim ediləcək.