Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi “Özünüməşğulluğa dəstək-2023” layihəsi üzrə işsiz şəxslər üçün kiçik bizneslərin yaradılmasına başlanıb.
Layihə çərçivəsində artıq 70 işsiz şəxsə biznes planlarına uyğun aktivlər verilərək kiçik biznesləri yaradılıb.
Onların əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları və əlilliyi olan şəxslər, digər həssas qruplardan olanlardır.
Özünüməşğulluq proqramının genişləndirilməsində mühüm rol oynayan “Özünüməşğulluğa dəstək” layihəsinə 23 bank qoşulub.
2020-2021-ci illərdə həssas qruplardan ibarət 1500-dək şəxs üçün kiçik bizneslərin yaradıldığı layihənin bu il daha 300 işsiz şəxsi əhatə etməsi nəzərdə tutulub.
Göstərilən platformalarda paylaş: