Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) İnsan Resursları və Əmək Komitəsinin nümayəndələri ilə görüş olub.
Ölkəmizdə son illər aparılan sosial islahatlar və əldə olunan sosial uğurlar diqqətə çatdırılıb. Əmək qanunvericiliyinin əmək bazarında yeni çağırışlara, müasir tələblərə uyğun təkmilləşdirilməsi istiqamətində atılan addımlar, əmək qanunvericiliyində son dəyişikliklər barədə məlumat verilib.
“Əmək və Məşğulluq” altsisteminin əhəmiyyəti, Əməyin Mühafizəsi Mərkəzinin işəgötürənlərə metodiki dəstək verilməsində önəmli rol oynayacağı vurğulanıb. Əmək və məşğulluq sahələrində aparılan islahatlarda sahibkarlarla sosial dialoqa əsaslanan əməkdaşlığa xüsusi önəm verildiyi qeyd olunub.
Nazirliyin Əmək siyasəti şöbəsinin və Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbər vəzifəli şəxsləri və Komitənin nümayəndələri arasında Əmək Məcəlləsinin tətbiqi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb, Komitə üzvlərinin rəy və təklifləri dinlənilib.