Bu məqsədlə moldovalı həmkarlarla təcrübə mübadiləsi aparılır
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Moldovada səfərdədir.
Səfərin məqsədi Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas elementi olan DOST konsepsiyasını tanıtmaq, həmçinin bu sahədə moldovalı həmkarlarla təcrübə mübadiləsi aparmaqdır.
Moldovanın əmək və sosial müdafiə naziri Aleksey Buzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Görüşdə A.Buzu Moldova ilə Azərbaycan arasında sosial sahədə də əməkdaşlığın inkişaf etməsi üçün səylərin göstərildiyini bildirib. O, DOST təcrübəsi, habelə sosial xidmətlərin vahid platformadan və avtomatlaşdırılmış qaydada göstərilməsi sahəsində ölkəmizin təcrübəsinin öyrənilərək tətbiqinə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.
F.Məmmədov tədbir iştirakçılarına DOST konsepsiyası, "bir pəncərə" modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib. Görüşdə DOST konsepsiyası barədə geniş təqdimat edilib.
Səfər Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Moldovanın Əmək və Sosial Müdafiə Nazirliyi arasında əməkdaşlıq istiqamətləri üzrə 2023-2024-cü illərdə görüləcək işləri əhatə edən Fəaliyyət Planı çərçivəsində həyata keçirilir.
Sosial şəbəkələrdə də bizi izləyin: