Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı növbəti ictimai dinləmə Şəkidə keçirilib.
Layihə barədə məlumatlılığı artırmaq, hədəf kateqoriyalarını layihəyə cəlb etmək məqsədilə təşkil olunan görüşdə işaxtaran və işsiz, o cümlədən öz biznesini qurmaq istəyən şəxslər iştirak edib.
Tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, eləcə də layihə çərçivəsində öz biznesini qurmaq istəyən şəxslərə müvafiq tövsiyələr verilib.
Sosial şəbəkələrdə də bizi izləyin: