Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu “İnsan Hüquqları Aylığı” çərçivəsində Zərdab rayonunda sosial təminat hüquqlarına dair ictimai dinləmə keçirib.
Rayon sakinlərinin iştirak etdiyi görüşdə Fondun fəaliyyət istiqamətlərindən, sosial təminat sahəsində aparılan islahatlardan, sosial təminat hüquqlarından bəhs olunub.
Həmçinin ünvanlı dövlət sosial yardımının təyin olunmasında tətbiq edilən yeniliklər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Fondun nümayəndələri ünvanlı dövlət sosial yardımı ilə bağlı təqdimatlarla çıxış ediblər. Eləcə də ünvanlı sosial yardımın mahiyyəti, hansı ailələrə təyin olunduğu, ünvanlı yardım üçün e-qaydada müraciət edilməsi qaydası diqqətə çatdırılıb.
İştirakçıları maraqlandıran suallar cavablandırılıb və ictimai dinləmələrin keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Sosial şəbəkələrdə də bizi izləyin: