Bu ilin yanvar-aprel aylarında DOST mərkəzləri tərəfindən 238 min vətəndaşa xidmət göstərilib və DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,3 faiz təşkil edib.
Hazırda fəaliyyət göstərən 6 DOST mərkəzində sosial sahələr üzrə 154 xidmət “bir pəncərə”dən, operativ, şəffaf, müasir, innovativ şəkildə təqdim olunur. Ötən dövrdə bu mərkəzlərdə ümumilikdə 1,51 mln. vətəndaşa xidmət göstərilib.
“Könüllü DOST” proqramına isə son 4 ayda daha 10,1 min müraciət olub və proqrama daha 504 nəfər cəlb edilib.
Hazırda Naxçıvan, Bərdə, Quba, Sabirabad, Sumqayıt, Gəncə, Masallı, Şuşada da DOST xidmətləri infrastrukturunun qurulması üçün işlər aparılır.
Sosial şəbəkələrdə də bizi izləyin: