DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov “31-ci Avropa Sosial Xidmətlər Konfransı”nda iştirak edir. İsveçin Malmö şəhərində keçirilən konfransda 40 ölkədən 670 nümayəndə təmsil olunur.
"Özünüidarəetmə (muxtariyyət) və inküzivliyin təşviqində texnologiyanın rolu" mövzusunda keçirilən tədbir İsveç Krallığının Sosial Xidmətlər naziri Kamilla Valtersson Grönvall açılış nitqi ilə öz işinə başlayıb.
31-ci Avropa Sosial Xidmətlər Konfransında Sosial xidmətlərdə texnoloji transformasiyanın sürətləndirilməsi, Sosial inklüzivlik və müyəssərlik üçün İT həlləri, Özünü idarəetmə: təşkilati və işçi qüvvəsi inkişafı, Qərar vermə üçün data menecmenti mövzularında müzakirələr aparılacaq.
Qeyd edək ki, konfrans çərçivəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Avropa Sosial Şəbəkəsinin Şura üzvlərinin iştirak etdiyi görüşə qatılıb. Görüşdə təşkilatla Agentlik arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Sosial şəbəkələrdə də bizi izləyin: