Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Ağdaş rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilib.
Nazirin həmin rayonda vətəndaşları qəbul edəcəyi gün barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, S.Babayevin Ağdaş rayonunda Mingəçevir, Naftalan, Xocalı şəhərlərinin və Ağdaş, Goranboy, Yevlax rayonlarının sakinlərini fərdi qaydada qəbul etməsi nəzərdə tutulub. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq.