Azərbaycanın dahi şairi və və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında keçirilən “Məndə sığar iki cahan” adlı rəsm müsabiqəsinin müddəti mayın 1-dək uzadılıb.
Nəsimi yaradıcılığına həsr olunmuş rəsm əsərlərinin hazırlanması üçün vaxt baxımından daha geniş imkanın yaradılması barədə təkliflər nəzərə alınmaqla müsabiqə müddətinin uzadılması qərara alınıb.
Müsabiqədə iştirak etmək istəyənlər Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş rəsm əsərlərini 19 aprel 2019 tarixədək ies@mlspp.gov.az ünvanına göndərə bilərlər. İştirakçıların rəsmləri qəbul olunduqdan sonra nazirliyin (sosial.gov.az) instagram səhifəsində yerləşdiriləcək.
Müsabiqənin şərtinə görə qalibləri instagram istifadəçiləri özləri müəyyən edirlər. İstifadəçilər ilk növbədə nazirliyin sosial.gov.az instagram səhifəsini, sonra isə seçdikləri rəsm əsərini bəyənməlidirlər. Ən çox bəyənilən 3 rəsmin müəllifi mükafatlandırılacaq.