“Uşaqların valideyn himayəsindən məhrum olmasının qarşısının alınması və hüquqlarının müdafiəsinin gücləndirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 fevral tarixli 1599 nömrəli Fərmanı ilə 1 noyabr 2022-ci il tarixindən etibarən “Himayədar ailə” qayğı modeli ilə bağlı səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Himayədar ailə müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olan, öz bioloji ailəsində qalması mümkün olmayan uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında, ödənişli əsaslarla, müqavilə əsasında ailə mühitində böyüməsini təmin edən ailə əsaslı alternativ qayğı növüdür. Himayədar ailə qayğı modelinin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqların sosial xidmət müəssisələrində deyil, ailə mühitində böyüyüb tərbiyə almasının təmin edilməsidir. Bu modelin səciyyəvi xüsusiyyətləri aşağıdakılardır:
Üstünlükləri isə bunlardır:
Valideyn himayəsindən məhrum olmuş uşaqların hər birinə:
Himayədar ailənin yaranması aşağıdakı 3 (üç) mərhələdə həyata keçirilir:
Qeyd 1. Nikahda olan şəxslərdən biri (ər-arvad) üçün aşağı yaş həddi 25, nikahda olmayanlar üçün 30 yaşdır.
Qeyd 2. Himayədar valideyn olmaq istəyən nikahda olmayan şəxs(lər)lə himayəyə verilən uşağın yaş fərqi 18-dən az olmamalıdır.
Himayədar valideyn-namizəd onunla (onlarla) birgə yaşayan (ümumi ev təsərrüfatına malik) 18 yaşdan yuxarı olan şəxs(lər) ilə birlikdə respublika ərazisində fəaliyyət göstərən istənilən notariat ofisinə müraciət etməklə himayədar ailə ilə bağlı ərizə formasını əldə edir.
Notarial qaydada təsdiq edilmiş ərizə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemi vasitəsilə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (bundan sonra – MEİS) ötürüldükdən sonra himayədar valideyn-namizəd tərəfindən Nazirliyin “e-sosial” internet portalında yerləşdirilmiş “himayədar ailə ilə bağlı müraciətlərin qəbul edilməsi” elektron xidmətindən istifadə etməklə Vahid Giriş Sistemi (”ASAN login”) vasitəsilə şəxsi kabinet yaradılır.
Himayədar valideyn-namizəd və onunla birgə yaşayan (ümumi ev təsərrüfatına malik) şəxs(lər) ölkə üzrə müəyyən edilmiş aşağıdakı tibb müəssisələrində müayinələrdən keçə bilərlər:
1. Bakı şəhər qeydiyyatında olan şəxslər - 5 nömrəli şəhər Poliklinikası;
2. Digər şəhər/rayon qeydiyyatında olan valideyn-namizədlər:
Qeyd 3: Yuxarıda qeyd edilən sənədlər aidiyyəti dövlət orqanlarının informasiya ehtiyatlarından əldə edilir, bu mümkün olmadıqda həmin sənədlər “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinə uyğun olaraq əldə edilir.
Himayədar ailəyə verilmənin uşağın mənafeyinə uyğunluğu Nazirlik tərəfindən aşağıdakı qaydada müəyyən edilir:
Görüşün nəticəsinə dair sosial işçinin hesabatı nəzərə alınmaqla, Nazirlik himayədar valideyn-namizədlə uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlayır. Himayədar ailəyə tərbiyə üçün yalnız yetkinlik yaşına çatmayanlar və yalnız bu maddəyə uyğun olaraq bağlanılmış müqavilədə nəzərdə tutulmuş müddətə verilə bilərlər.
Himayədar ailəyə verilmiş uşaqlara görə müavinətlər:
• aylıq müavinətlər;
• birdəfəlik müavinət.
Aylıq müavinətlərin miqdarı:
Sağlam uşaqlar üçün:
• 0-6 yaş – 355 AZN;
• 7-13 yaş – 375 AZN;
• 14-18 yaş – 395 AZN.
18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar üçün:
• 0-6 yaş – 500 AZN;
• 7-13 yaş – 600 AZN;
• 14-18 yaş – 650 AZN.
Birdəfəlik müavinətin miqdarı:
İldə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) ödənilməklə - 200 AZN