“DOST” mərkəzlərində fəaliyyət göstərən “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində xidmətlərin göstərilməsi prosesi reqlamentləşdirilmiş və bütün xidmətlər pasportlaşdırılmış, xidmətin təşkili və vətəndaş axınının tənzimlənməsi üçün elektron növbəlilik sistemi qurulmuş, tələb olunan inzibati və təşkilati məsələlər həll edilmiş, həmçinin vahid əlaqələndirmə mərkəzləri üzrə müraciətlərin həm də Çağrı mərkəzi 142 üzərindən qəbul edilməsi təmin olunmuşdur. Hazırda hər bir “DOST” mərkəzində vahid əlaqələndirmə mərkəzləri xidmət göstərir və bununla da Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri tam əhatə edilmişdir. Regionlara gəldikdə isə hazırda 6 regional vahid əlaqələndirmə mərkəzi fəaliyyət göstərir və bu mərkəzlər ümumilikdə 34 rayonu əhatə edir. Aşağıda regional vahid əlaqələndirmə mərkəzləri və onların əhatə etdiyi rayonların siyahısı əks olunmuşdur:
№ |
Regional vahid əlaqələndirmə mərkəzi |
Əhatə etdiyi şəhər və rayonlar |
1 |
Gəncə |
Gəncə şəhəri Naftalan şəhəri Daşkəsən şəhəri Goranboy rayonu Göygöl rayonu Samux rayonu |
2 |
Masallı |
Masallı rayonu Astara rayonu Lənkəran rayonu Lerik rayonu Yardımlı rayonu Cəlilabad rayonu |
3 |
Ucar |
Mingəçevir şəhəri Yevlax şəhəri Ucar rayonu Ağdaş rayonu Göyçay rayonu Kürdəmir rayonu Zərdab rayonu |
4 |
Şəmkir |
Ağstafa rayonu Qazax rayonu Tovuz rayonu Şəmkir rayonu Gədəbəy rayonu |
5 |
Qusar |
Quba rayonu Qusar rayonu Şabran rayonu Siyəzən rayonu |
6 |
Salyan |
Şirvan şəhəri Biləsuvar rayonu Hacıqabul rayonu Salyan rayonu Neftçala rayonu |