Sağlamlıq imkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi Sosial Xidmət Haqqında Azərbaycan Respublikasının Qanunun 19.2.6-cı maddəsi (əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara reabilitasiya xidmətinin göstərilməsi) ilə tənzimlənir.
Səyyar sosial reabilitasiya xidməti hazırda Bakı şəhəri (12 rayon) üzrə 0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara göstərilir. Səyyar sosial reabilitasiya xidməti mütəxəssislərdən ibarət komanda tərəfindən göstərilir. Həmin mütəxəssislər sosial işçi, psixoloq, pedaqoq, loqopedlərdir. Hər bir mütəxəssis ilkin qiymətləndirmə zamanı SİM uşağın qiymətləndirilməsində iştirak edir. SİM uşağın diaqnozu, yaş xüsusiyyətləri, davranışlarından asılı olaraq uşağın reabilitasiyası üçün müvafiq mütəxəssislər SİM uşaq üçün fərdi reabilitasiya proqramı hazırlayırlar. Proqrama uyğun olaraq SİM uşağa səyyar sosial reabilitasiya xidməti həftədə 2 dəfə, yarım saatdan az olmamaqla göstərilir.
Səyyar sosial reabilitasiya xidməti 0-6 yaş arası sağlamlıq imkanları məhdud uşaqlara göstərilir. Yaşayış ünvanı Bakı şəhəri olan SİM uşaqların valideynləri, qohumları, digər qanuni nümayəndələri (qəyyum, himayəçi), bələdiyyələr, qeyri-hökumət təşkilatları, habelə onların razılığı ilə digər şəxslər SİM uşaqlara səyyar sosial reabilitasiya xidməti üçün Sosial Xidmətlər Agentliyinə və ya Agentliyin yerli qurumlarına, 116 123 Qayğı Çağrı Mərkəzinə, Nazirliyin 142 Çağrı Mərkəzinə müraciət edə bilərlər. SİM uşağa səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi üçün lazımi sənədlər aşağıdakılardır: