ŞRİFTİN ÖLÇÜSÜ
A A A
ŞRİFTİN NÖVÜ
ŞƏKİLLƏRİN TƏSVİRİ

Ümumi məlumat

Reabilitasiya - Əlilliyin aradan qaldırılmasına və ya kompensasiyasına yönəldilmiş tibbi, psixoloji, pedaqoji, idman, sosial-iqtisadi və digər tədbirlər sistemi vasitəsilə əlilliyi olan şəxslərin müstəqilliyinin, fiziki, əqli, məişət, sosial və peşə-əmək qabiliyyətinin tamamilə və ya qismən bərpasıdır.

Tibbi reabilitasiya - Orqanizmin anadangəlmə, yaxud xəstəlik və ya zədə nəticəsində sonradan pozulmuş funksiyalarının bərpasına və kompensasiyasına yönəldilmiş tibbi tədbirlər sistemidir.

  • Dəri üzərindən soyuq-isti tətbiqi   
  • Dərin qızdırıcılar 
  • Elektroterapiya   
  • Ultrasəs terapiya
  • Laborator xidmətlər
  • Stimulasiya müalicəsi 
  • Hidroterapiya
  • Masaj
  • Müalicəvi bədən tərbiyəsi (MBT)

Sosial-psixoloji reabilitasiya – Əlilliyi olan şəxslərin (Bundan sonra – ƏOŞ)  pozulmuş fiziki və psixi sağlamlığın bərpasına, düzəldilməsinə və ya kompensasiya edilməsinə yönəlmiş psixoloji və sosial tədbirlər sistemidir. Biopsixososial modelə əsaslanaraq, reabilitasiya müəssisələrimizdə ƏOŞ-ların reabilitasiyasına eyni zamanda hərtərəfli – tibbi, psixoloji, sosial və ictimai nəzəri nöqtələrdən yanaşması tətbiq olunur.

Sosial-psixoloji reabilitasiyanın əsas məqsədləri

a) psixi sağlamlığı və effektiv sosial davranışı bərpa etmək;

b) ƏOŞ-lara xəstəliklərini və həyat məhdudiyyətlərini adekvat qiymətləndirməkdə və qəbul etməkdə köməklik göstərmək;

c) mövcud olan fiziki və psixoloji imkanların vasitəsilə həyata uyğunlaşmaqda köməklik etməkdir.

Sosial-psixoloji reabilitasiya çərçivəsində göstərilən xidmətlər:

  • Psixoloji diaqnostika;
  • Psixoloji xidmətlər: konsultasiya, korreksiya, psixoterapiya, psixoloji treninq, qrup terapiyası;
  • Loqopedik müayinə və korreksiya;
  • Sosial-pedaqoji fəaliyyət;
  • Sosial-psixoloji maarifləndirmə və profilaktika;
  • Əmək terapiyası, erqoterapiya;
  • Mədəni-kütləvi tədbirlər.

Abilitasiya - əlilliyi olan şəxsin formalaşmamış fiziki və psixi funksiyaların və bacarıqların əldə edilməsinə kömək edən prosesdir.